“Məndən soruşdu: “Pul istəyirsən, yoxsa şöhrət?” – “Real”ın sabiq futbolçusu

“Real”ın keçmiş yarımmüdafiəçisi Xames Rodriqes vaxtı ilə Madrid klubunun əvəzinə PSJ və ya “Mançester Siti”yə keçə biləcəyini deyib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, kolumbiyalı futbolçu PSJ və “Mançester Siti”nin onu transfer etmək istədiklərini bildirib:

“PSJ və “Mançester Siti” məni transfer etmək istəyirdi. Daha çox pul təklif etdilər, amma Florentino Pereslə (“Real”ın prezidenti) söhbətdən sonra “Real”ı seçdim. Məndən soruşdu: “Pul istəyirsən, yoxsa şöhrət?” Mən ikinciyə üstünlük verdiyimi dedim. Mən çox istəyirdim ki, “Real”da oynayım”.

Rodriqes karyerası ərzində “Enviqado”, “Banfild”, “Portu”, “Monako”, “Real”, “Bayern”, “Everton” və “Əl Rayyan” klublarında da çıxış edib. O, Kolumbiya yğmasında 90 oyunda 26 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button