“Mən yalnız “Bayern”ə keçmək istəyirdim” – Mane

“Liverpul”un hücumçusu Sadio Mane “Bayern”ə mümkün keçidini şərh edib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mane, Almaniya klubundan təklif aldığı üçün sevindiyini bildirib:

“Agentlərim mənə “Bayern”in marağından danışanda dərhal sevindim. Mən özümü orada gördüm. Mənim üçün bu, doğru zamanda doğru klubdur. Mən yalnız “Bayern”ə keçmək istəyirdim”.

30 yaşlı seneqallı futbolçunun transfer məbləği bonuslar nəzərə alınmadan 32 milyon avro olacaq. “Liverpul” üçün mümkün olan maksimum gəlir 41 milyon avrodur.

Manenin rəsmi təqdimat mərasimi bu günə planlaşdırılıb.

Bizi Telegramda izləyin