
“Mən Cerrard deyiləm” – “Liverpul”un futbolçusu
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslai “Brayton” üzərində 3:0 hesablı qələbədən sonra açıqlama verib.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, o, oyunun 56-cı dəqiqəsində vurduğu qol haqda belə deyib:
“Mənim qolum? Bu, həmişə baş vermir, amma son vaxtlar yaxşı çıxış edirəm. Bunu davam etdirmək və mümkün qədər tez-tez qol vurmaq istəyirəm. Mən Stiven Cerrard deyiləm. O, “Liverpul”un əfsanəsidir, amma mən öz hekayəmi yazmaq istəyirəm”.
25 yaşlı futbolçu bu mövsüm 35 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



