Oğlu Deşamla zarafat edirmiş – “Real”a görə

Fransa millisinin çalışdırıcısı Didye Deşam karyerasının müəyyən dövründə “Real”a baş məşqçi təyin olunmaq üçün namizədlər arasında yer aldığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı mütəxəssis bu məsələnin uzun müddət gündəmdə olduğunu bildirib:

“Mən “Real”ın baş məşqçi namizədləri siyahısında idim. Oğlumun bu barədə mənimlə zarafat etdiyini xatırlayıram. Çünki söhbət təxminən iki il davam etdi”.

57 yaşlı məşqçi 2012-ci ildən Fransa millisini çalışdırır. Onun rəhbərliyi altında komanda 2018-ci il dünya çempionatının və 2021-ci il UEFA Millətlər Liqasının qalibi olub. Deşam məşqçilik karyerası ərzində “Monako”, “Yuventus” və “Marsel” komandalarını da çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button