“Çempion olacağımıza inanıram” – “Milan”ın futbolçusu

“Milan”ın vingeri Rafael Leao hesab edir ki, komandanın bu mövsüm İtaliya çempionatını qazanmaq şansı hələ də var.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı hücumçu xal itkilərinə yol verməməli olduqlarını bildirib:

“Mən çempion olacağımıza inanıram. Qarşıda uzun çempionat var. Son matçda olduğu kimi, qalib gəlməliyik. Xal itkilərinə yol verməməliyik. Biz təzyiqi azaltmamalıyıq”.

Leao 2019-cu ildən “Milan”da çıxış edir və 2022-ci ildə klubu ilə İtaliya çempionluğunu qazanıb. Milan klubu hazırda turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button