“Mən bunu heç futbol adlandırmıram” – Vernidub

“Neftçi”nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində “Dinamo” (Minsk) ilə baş tutan oyundan danışıb.

Komanda.az xəbər verir ki, o, 2:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Öncə sizi mətbuat günü münasibətilə təbrik edirəm.

Hər hansı bir komanda ilk növbədə üstünlük əldə edirsə, daha sonra necə olursa, hər şey dəyişir və elə futbol oynanır ki, düzü mən bunu heç futbol adlandırmıram. Dəyişiklik əsasən 20-ci dəqiqədə Emil Balayevin topu çətinliklə tutmasından sonra oldu. Siz gördüz ki, o orada zədə aldı. Fasiləyə kimi 2:1 udaraq gəlmişdik və emosional cəhətdən yüksək səviyyədə idik. Lakin sonra səhvlərin nəticəsində qollar buraxdıq. Necə deyərlər, sən vura bilməyəndə, bunun cavabı olur.

Buna oturub ayıq başla baxmaq, nəzərdən keçirmək lazımdır ki, səhvlərdən nəticə çıxaraq. Bu, birinci növbədə mənim günahımdır, ilk növbədə özümlə məşğul olmalıyam.

Bu tarixi bir klubdur, idmandır. İstefa vermək haqda düşünmürəm. Cavab oyununa hazırlaşacağıq. Komanda olaraq yaxşı oynasaq, uda da bilərik. Bu mümkündür.

Məşqçilər dəyişəndə bu, yaxşı nəticə vermir. Əvvəl də demişdim ki, sevgidən nifrətə bir addımdır. Sizin də xətalarınız olur və bu o deməkdir ki, işdən çıxarılmalısız? Mənim tək düşüncəm cavab oyunu ilə bağlıdır. Mən bütün təzyiqə hazıram, qorxmuram. Ağ günlər kimi qara günlər də olur. Belə oyunlardan sonra çox şey danışmaq olar, lakin ən yaxşısı heç nə deməməkdir.

Mən azarkeşlərimizə deyərdim ki, bu futboldur və belə şeylər olur. Mənə elə bir komanda deyin ki, onlar hər zaman udur”.

Nəzrin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button