Məmmədov birinci oldu – Azərbaycan çempionatında

Şahmatın rapid növü üzrə Azərbaycan çempionatına yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, FİDE-nin vitse-prezidenti Mahir Məmmədov turnirin əhəmiyyətindən danışaraq iştirakçılara uğurlar arzulayıb.

Rapid yarışında Rauf Məmmədov 9 turdan 7 xal toplayaraq birinci yerə layiq görülüb.

Onunla eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü olub.

Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib çıxıb. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Ülviyyə Fətəliyeva turniri üçüncü yerdə başa vurub.

Bu gün şahmatçılar blits yarışında mübarizəni davam etdirəcək.

Çempionatların təşkilində əsas məqsəd 25 – 30 dekabrda Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button