Lukas Podolskidən yeni müqavilə

Futbol üzrə Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski Polşanın “Qurnik” klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı futbolçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Podolski 2021-ci ilin yayından “Qurnik”də forma geyinir. O, daha öncə “Köln”, “Bayern”, “Arsenal”, “İnter”, “Qalatasaray”, “Vissel Kobe və “Antalyaspor” kimi klublarda da çıxış edib.