Lukakuya əvəzləyici tapıldı

“Mançester Yunayted” komandadan ayrılacağı gözlənilən Romelu Lukakuya əvəzləyici tapıb.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Ole-Qunnar Sulşer Lukakunun əvəzinə “Arsenal”dan Pyer-Emerik Obameyanqı komandada görmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Sulşerin xüsusilə transfer edilməsini istədiyi Obameyanq üçün “Mançester Yunayted” “Arsenal”a 80 milyon avro təklif edəcək.

Lukakunun adı İtaliyanın “İnter” klubu ilə yanaşı hallanır. “Qırmızı şeytanlar” belçikalı hücumçu üçün 90 milyon avro tələb edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button