“Lukaku sizin komandanızda olanda qalib gəlmək şansınız daha yüksəkdir” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Slaviya” ilə oyununu (2:0) şərh edib.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, matçın ikinci hissəsində komandanın enerjisinin azaldığını bildirib:

“Rəqibimizin oynamaması üçün təzyiq göstərdik və ilk hissədə bunu yaxşı bacardıq. İkinci hissədə oyunumuzun enerjisi və intensivliyi azaldı. Bu mövsüm komandanın hər dəqiqəsində oynayan futbolçularımız var, ona görə də intensivlik aşağı düşüb. Amma biz hər şeyi nəzarətdə saxladıq.

El-Şaaravi hər yerdə oynayır. O, bizim üçün çox faydalı oyunçudur, problemlərimizi nəzərə alsaq, heyət üçün vacibdir. Bəs Romelu Lukaku? O, hər yerdə və hər turnirdə qol vurur. Lukaku sizin komandanızda olanda qalib gəlmək şansınız daha yüksəkdir”.

Bu görüşdə qolları 1-ci dəqiqədə Eduardo Bove və 17-ci dəqiqədə Romelu Lukaku vurub. Hər iki qolda Stefan El-Şaaravi məhsuldar ötürmələrə imza atıb.

G qrupunda üç oyundan sonra “Roma”nın 9 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button