Lukaku qəzəblənib

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmaq fikrində deyil.

Komanda.az “Telegraph”a istinadən xəbər verir ki, belçikalı hücumçunun London klubunu tərk etmək fikri yoxdur. Lukaku, rusiyalı milyarder, “Çelsi”nin sahibi Roman Abramoviçə qarşı tətbiq edilən sanksiyalar fonunda klubu tərk etmək istədiyi haqda mətbuatda yayılan xəbərlərdən qəzəblənib.

Xəbərdə bildirilir ki, Lukaku, indiki məqamda “Çelsi”nin futbolçularının birlik nümayiş etdirməli olduğunu düşünür.

Belçikalı futbolçunun keçmiş klubu “İnter”ə qayıtmaq fikri yoxdur. “Çelsi” rəhbərliyi digər oyunçular kimi, Lukakunu da vəziyyəti sabitləşdirməyə və sanksiyaların təsirini minimuma endirməyə çalışdıqlarına əmin edib.

28 yaşlı hücumçu bu mövsüm “Çelsi”nin heyətində 31 oyunda 11 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button