Maaşının azalmasına razıdır – İtaliyaya qayıtmaq üçün

“İnter” hücumçu Romelu Lukaku üçün “Çelsi”yə iki illik icarə təklifi etməyə hazırlaşır.

 Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı belçikalı futbolçu London klubunun rəhbərliyindən “İnter”in təklifini qəbul etməyi xahiş edib.

Eyni zamanda, Lukaku İtaliyaya qayıtmaq üçün hazırkı maaşının üçdə birindən imtina etməyə hazırdır.

Lukaku ötən mövsüm bütün turnirlərdə londonluların heyətində 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Belçikalı futbolçu daha əvvəl İtaliyada “İnter”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button