Vengerə heykəl qoymaq istəyirlər

“Arsenal” klubu “Emireyts” stadionunun kənarında Arsen Vengerin heykəlini ucalda bilər.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, fransız mütəxəssis klubdan ayrıldıqdan sonra ilk dəfə “Arsenal”ın oyununa baş çəkib (“Arsenal” – “Vest Hem”).

Venger 1996-2018-ci illərdə “Arsenal”ı çalışdırıb. O, komandadan ayrıldıqdan sonra heç bir klubu çalışdırmayıb.

İngiltərə Premyer Liqasının 17-ci turu çərçivəsində keçirilən matçda “topçular” “Vest Hem”i məğlub edib (3:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button