Braziliyalı futbolçu Londonun havasından şikayətləndi: “Donuram”

“Çelsi”nin vingeri Estevao Villian Londondakı həyatı haqda təəssüratlarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu bunu deyib:

“London çox canlı şəhərdir və əvvəllər yaşadığım San Paulu kimi, burada da hər şey var. Burada ən pis şey havadır. Daim donuram”.

Estevao 2025-ci ilin iyul ayında “Palmeyras”dan “Çelsi”yə transfer olunub. Braziliyalı oyunçu Avropadakı debüt mövsümündə əla oyun sərgiləyib, lakin hazırda zədəlidir. O, İngiltərə komandasının heyətində bütün yarışlarda 32 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsinin müddəti 2033-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button