Dimarko İngiltərə klubunun transfer siyahısındadır

“Liverpul” heyətini gücləndirmək üçün “İnter”in müdafiəçisi Federiko Dimarko ilə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “qırmızılar”ın prioritet transfer hədəflərindən birinə çevrilib.

İtaliyalı oyunçunun özü də karyerasını Premyer Liqada davam etdirməyə müsbət yanaşır və İngiltərədə gücünü sınamağa hazırdır.

Dimarkonun “İnter”lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Qış transfer pəncərəsi zamanı onunla “Mançester Yunayted” də maraqlanmışdı.

O, cari mövsümdə bütün turnirlərdə 36 oyuna çıxaraq, 7 qol vurub və 15 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button