“Liverpul” azarkeşlərinin istəyi – Mourinyo!

Futbol azarkeşləri sosial şəbəkədə Joze Mourinyonun “Liverpul”a baş məşqçi təyin oluna biləcəyini aktiv şəkildə müzakirə edirlər.

Komanda.az “Daily Mail”-ə isinadən xəbər verir ki, Mourinyo özü də istəmədən söz-söhbətlərə qoşulub: portuqaliyalı mütəxəssis “Liverpul”un bazar günü “Fulhem”lə oyununda iştirak edib. “Qırmızılar” səfərdə 3:1 hesablı qələbə qazanıb.

Mourinyo “Roma”dan ayrılandan bəri işsizdir. “Liverpul” isə hazırda yeni baş məşqçi axtarır. Çünki Yurgen Klopp bu mövsümdən sonra postunu tərk etmək qərarına gəlib.

Mourinyo Premyer Liqada artıq “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”i çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button