“Suares bir heyvan idi, ancaq ən yaxşı illərimi Torreslə keçirmişəm” – Cerrard

“Liverpul”un sabiq futbolçusu Stiven Cerrard açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş yarımmüdafiəçi Mersisayd klubundakı günlərindən danışıb. Cerrard, o dövrdəki komanda yoldaşı Fernando Torreslə bağlı bunları deyib:

“Fernando Torreslə çox oynaya bilməmişəm, çünki “Çelsi”yə getdi. Bu hərəkəti ilə qəlbimi qırmışdı. Özümü çox pis hiss edirdim. Böyük addımlar atdığımızı düşündüyüm zaman böyük bir oyunçu itirdik. Torreslə çox qol vururduq, bu haqda çox danışa bilərəm.

Yaxşı vaxtlarım idi və özümü möhtəşəm hiss edirdim. Torres və Luis Suareslə möhtəşəm bir vaxtda tanış oldum. Suares bir heyvan idi, ancaq ən yaxşı illərimi Torreslə keçirmişəm”.

1996-2015-ci illər aralığında “Liverpul”da çıxış edən Cerrard hazırda Şotlandiyanın “Reyncers” klubunun baş məşqçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button