“Liverpul”un sabiq futbolçusu Argentina klubunda

“Liverpul”un sabiq futbolçusu Emiliano İnsua karyerasını Argentinada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 32 yaşlı müdafiəçi “Aldosivi” klubuna keçib. Bu barədə Argentina təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İnsua ilə imzalanan müqavilənin müddəti ilin sonuna qədərdir.

İnsua daha əvvəl İngiltərədə “Liverpul”, Türkiyədə “Qalatasaray”, İspaniyada “Atletiko”, “Rayo Valyekano”, Almaniyada “Ştutqart”da çıxış edib. Müdafiəçinin son klubu isə ABŞ-ın “Los Anceles Qalaksi” komandası olub.

Müdafiəçi Argentina yığmasında 5 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button