“Məncə, yaxın zamanda Manenin “Real”a keçidi reallaşacaq”

“Liverpul”un keçmiş futbolçusu Məhəmməd Sissoko açıqlama verib.

Komanda.az xəbər verir ki, sabiq yarımmüdafiəçi, yay transfer pəncərəsi dövründə “Liverpul”un bir neçə aparıcı futbolçusunun komandadan ayrılacağını deyib:

“Məhəmməd Salahın komandada qalacağını dəqiq bilmirəm. Transfer olunacaqsa, komanda üçün də xeyirli ola bilər. “Liverpul”da onun yerini doldura biləcək gənc futbolçular var. “Real”a gedərmi? Düşünmürəm, məncə, Sadio Mane “Real”a daha uyğundur. Çünki o, Zinəddin Zidanın oyun planına uyğundur. Məncə, yaxın zamanda Manenin “Real”a keçidi reallaşacaq”.

Sissoko 2005-2008-ci illər aralığında “Liverpul”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button