“Liverpul”un yay üçün əsas hədəfi odur

PSJ-nin hücumçusu Bredli Barkola karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Liverpul” yay transfer dönəmində əsas hədəf kimi fransalı futbolçunu müəyyənləşdirib. Keçidin reallaşmasının klubların maliyyə razılığı əldə etməsindən asılı olduğu bildirilir.

23 yaşlı vinger 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyunda meydana çıxaraq, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button