“Etiraf etməliyəm ki…” – Mane

“Liverpul”un futbolçusu Sadio Mane açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, seneqallı hücumçu, bu mövsüm yaxşı performans sərgiləmədiyini deyib:

“Etiraf etməliyəm ki, karyeramın ən pis mövsümünü keçirirəm. Problemin nə olduğunu bilmirəm. Bilmirəm, fizikidirmi, yoxsa nədir? Bunu yoxlamaq üçün testdən keçsəm də, hər şey normal çıxdı. Təəssüf ki, həyatda enişlər və yüksəlişlər olur”.

“Liverpul” Premyer Liqada 7-ci sıradadır. Mane bu mövsüm çempionatda 31 oyunda 9 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button