50-ci oyununa çıxdı

“Liverpul” İngiltərə Premyer Liqasının 18-ci turundan təxirə salınmış oyunda “Vest Hem”i 2:0 hesabıyla məğlub edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qarşılaşma “Liverpul”un yarımmüdafiəçisi Aleks-Oksleyd Çemberleyn üçün əlamətdar olub. 26 yaşlı yarımmüdafiəçi “Liverpul”un heyətində 50-ci Premyer Liqa oyununda iştirak edib. Çemberleyn yubiley qarşılaşmasında komandasının ikinci qolunun müəllifi olub.

2017-ci ildən “qırmızılar”ın şərəfini qoruyan ingiltərəli futbolçu, “Liverpul”un heyətində ümumilikdə 71 oyunda iştirak edib, 11 qol, 8 məhsuldar ötürməylə yadda qalıb. Onun “Liverpul”la müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button