“Liverpul”un çempionluq yarışında olmasının səbəbi Kloppun olmasıdır” – Keçmiş futbolçu

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Qari Nevill “Liverpul”un baş məşqçisi Yurgen Klopp haqda danışıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, “Liverpul”un uğur qazanmasında Kloppun böyük rolu olduğunu düşünür:

“Liverpul”un çempionluq yarışında olmasının səbəbi Kloppun olmasıdır. Mövsüm başlamazdan əvvəl onların çempionluq şansları haqqında dediklərini xatırlayın. Məsələ ondadır ki, mən bir şeyi bilirəm: Nə qədər ki, Klopp buradadır, “Liverpul”un uğur qazanmaq şansı böyükdür”.

“Qırmızılar” bu mövsüm İngiltərə Premyer Liqasının 28 turundan sonra 64 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button