“Buraxdığımız qolların izahını vermək olmur” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko”ya məğlub olduqları matçdan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Klopp, 2:3 hesabıyla bitən görüşü (ilk oyun 0:1) belə şərh edib:

“Deməyə düzgün sözlər axtarıram. Əsas səhvimiz ikinci qolu əsas vaxtda deyil, əlavə vaxtda vurmağımız oldu. Yaxşı oyun sərgilədiyimizi düşünürəm. Buraxdığımız qolların izahını vermək olmur.

İkinci qoldan sonra komanda yorulmuşdu. Futbolçularım oynamaqda çətinlik çəkirdi. İlk 90 dəqiqədəki rahatlıq yox olmuşdu. Nəticədə, onlar iki qol vurdu və biz vura bilmədik. “Atletiko”nu təbrik edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button