“Real”ın işini asanlaşdırmışıq” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Real”la qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:3 hesabıyla məğlub olduqları matçla bağlı bunları deyib:

“Qazanmağa layiq deyildik, kifayət qədər yaxşı oynamadıq. Futbol səhvlərin olduğu bir oyundur. Qarşılaşmada tək müsbət olan şey qol vurmağımızdır. Yarımfinal mərhələsinə yüksəlmək istəyiriksə, növbəti matçda qazanmalıyıq. “Real”ın işini asanlaşdırmışıq.

İngiltərədəki oyun fərqli olacaq. “Barselona” ilə matçda geridönüş etməyimizdə azarkeşlərin böyük rolu var idi. Bu dəfə onlar olmayacaq. “Real”la cavab matçında düzgün oynamağa çalışacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button