“Liverpul”un bu qələbəyə ehtiyacı var idi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə “Mançester Yunayted”i məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Klopp, 4:2 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Mükəmməl mübarizə, yaxşı və gərgin oyun. Derbilər belə olmalıdır. “Old Trafford”da ilk qələbəmi qazandım. Bu zəfər ən çox ehtiyacımız olan vaxtda gəldi. “Liverpul”un bu qələbəyə ehtiyacı var idi. Layiqli qələbə qazandıq. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəmizi sona qədər davam etdirəcəyik”.

“Liverpul” Premyer Liqada 5-ci sıradadır.