Klopp “Mançester Yunayted”lə oyun haqda: “Qələbə qazana bilməsək…”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 34-cü turu çərçivəsində səfərdə “Mançester Yunayted”lə qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, “Sky Sports”a danışan Klopp, qələbə qazanmalı olduqlarını deyib:

“Liverpul” “Old Trafford”da qalib gəlməlidir. Qələbə qazana bilməsək, avrokuboklarda iştirak etmək şansımız azalacaq. Bizi çətin oyun gözləyir.

“Mançester Yunayted” sıx qrafikdədir. Həftədə iki oyun keçirirlər, ancaq artıq buna öyrəşiblər. Avropa Liqasında “Roma”ya qarşı möhtəşəm oyun sərgilədilər. Həm bizə, həm də “Mançester Yunayted”ə qələbə lazımdır. Buna görə, bizi əla matç gözləyir”.

Sabah keçiriləcək “Mançester Yunayted” – “Liverpul” matçı saat 19:30-da start götürəcək. “Mançester Yunayted” Premyer Liqada 2-ci, “Liverpul” isə 6-cı sıradadır.