Klopp: “Oynadığımız futboldan xoşum gəlmədi”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Premyer Liqanın 23-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, alman mütəxəssis, 1:4 hesabıyla uduzduqları görüşlə bağlı bunları deyib:

“Yaxşı oyun və səhvlər gördüm. Hər oyun belə səhvlər etsən, rəqiblər səni cəzalandıracaq. İkinci hissədə kifayət qədər hücumlar edə bilmədik. Qolu vurduqdan sonra oyun planımızın yaxşı davam edəcəyini düşündük. Lakin Alisson Bekker iki ciddi səhv etdi. Düzü, oynadığımız futboldan xoşum gəlmədi. Niyə 1:4 hesabıyla uduzduğumuzu şərh etmək çox çətindir”.