“Liverpul”dan səfərdə əzmkar qələbə

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.

Çempionluq yarışında büdrəməməyə çalışan “Mançester Siti” “Vest Hem”in qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

İkinci oyun günündə “Arsenal” səfərdə “Nyukasl”a məğlub olub.

“Şəhərlilər”in əsas izləyici “Liverpul” da bu tur səfərdə meydana çıxıb. Yurgen Kloppun komandası “Sauthempton”la qarşılaşıb. Hesabı meydan sahibləri açsa da, qonaqlar bu oyundan əzmkar qələbə ilə ayrılıblar.

İngiltərə Premyer Liqası, 37-ci tur

15 may

Tottenhem – Bernli 1:0
Qol
: H.Keyn, 45+8-pen.

Aston Villa – Kristal Pelas 1:1
Qol
: Uotkins, 69 – Şlupp, 81.

Vest Hem – Mançester Siti 2:2
Qol
: Bouen 24; 45 – Qriliş, 49. Çoufal, 69-öz qapısına.

Vulverhempton – Norviç 1:1
Qol
: Nuri, 55 – Pukki, 37.

Lids – Brayton 1:1
Qol
: Struyjik, 90+2 – Uelbek, 21.

Uotford – Lester 1:5
Qol
: J.Pedro, 6 – Meddison, 18. Vardi, 22; 70. Barnes, 46; 86.

Everton – Brentford 2:3
Qol
: Levin, 10. Riçarlison, 45+2-pen – Koleman, 37-öz qapısına. Vissa, 62. Henri, 64.

16 may

Nyukasl – Arsenal 2:0
Qol
: Uayt, 55-öz qapısına. Gimaraeş, 85.

17 may

Sauthempton – Liverpul 1:2
Qol
: Redmond, 13 – Minamino, 27. Matip, 67.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 22 qol.