“Liverpul”dan tarixi müqavilə

“Liverpul” klubu yeni əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.

Komanda.az “Forbes”ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 2020/21 mövsümündən etibarən “Nike” ilə əməkdaşlığa başlayacaq. “Liverpul”un yeni müqavilə ilə qazanacağı gəlir məlum olmasa da, İngiltərə futbol tarixinin ən bahalı sponsorluq müqaviləsi olacağı bildirilir.

Hazırda dünyada ən bahalı sponsorluq müqaviləsi “Barselona” ilə “Nike” arasındadır. Kataloniya təmsilçisi bu razılaşmaya görə illik 109 milyon avro qazanır. İngiltərədə isə ən yüksək gəlirli müqavilə “Mançester Yunayted”ə məxsusdur. “Qırmızı şeytanlar” “Adidas” şirkəti ilə razılaşmada illik 82 milyon avro gəlir əldə edir.

“Liverpul” hazırda “New Balance” şirkəti ilə əməkdaşlıq edir və illik 50 milyon avro qazanır.