“Liverpul”da yeni müqavilə

İngiltərənin “Liverpul” klubu qapıçısı Adrianla yeni müqavilə bağlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Adrian 2019-cu ildə “Vest Hem”dən Mersisayd təmsilçisinə transfer olunub. 34 yaşlı qolkiper ötən mövsüm 6 matçda meydana çıxıb.