“Liverpul”da Ozanla bağlı qərar verildi

“Liverpul”da icarə əsasında çıxış edən Ozan Kabakla bağlı qərar verilib.

Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisi türkiyəli müdafiəçinin performansından razıdır. Bu barədə “90min” portalı məlumat yayıb. “Liverpul” 18 milyon funt-sterlinq qarşılığında Ozanı birdəfəlik transfer etmək niyyətindədir.

Bu ilin fevralında “Liverpul”a keçən Ozan Premyer Liqada 6 oyuna çıxıb.

Ozan Kabak müqavilə ilə Almaniyanın “Şalke” klubuna məxsusdur.