“Arsenal” darmadağına üzüldü

Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Liverpul” “Uotford”u sınağa çəkib. Çempionluq mübarizəsində lider “Mançester Siti” ilə xal fərqini minimuma endirən Yurgen Kloppun komandasının bu matçda büdrəməyə haqqı yox idi. “Uotford” Premyer Liqada qalmaq uğrunda mübarizə aparsa da, “Liverpul”dan xal almağı bacarmayıb.

Ötən tur “Kristal Pelas”la heç-heçə edən “Mançester Siti” “Bernli”nin qonağı olub. Növbəti xal itkisi Pep Qvardiolanın komandasına baha başa gələ bilərdi. Bu üzdən “şəhərlilər” bu dəfə xal itkisinə yol verməyiblər.

Turun diqqətçəkən matçlarından biri “Old Trafford”da oynanılıb. Burada “Mançester Yunayted” cari mövsümdə qeyri-sabit oyun sərgiləyən “Lester”i qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

Bazar günü daha iki görüş baş tutub. “Vest Hem” doğma meydanda “Everton”la münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri qələbə qazanıblar. “Tottenhem” isə “Nyukasl”la ev oyununda darmadağına sevinib.

Tura “Kristal Pelas” – “Arsenal” görüşüylə yekun vurulub. “Topçular” bu görüşdə darmadağına üzülüblər.

İngiltərə Premyer Liqası, 31-ci tur

2 aprel

Liverpul – Uotford 2:0
Qol
: Jota, 22. Fabinyo, 89-pen.

Bernli – Mançester Siti 0:2
Qol
: De Bruyne, 5. İ.Gündoğan, 25.

Brayton – Norviç 0:0

Vulverhempton – Aston Villa 2:1
Qol
: Conni, 7. E.Yanq, 36-öz qapısına – Uotkins, 86-pen.

Lids – Sauthempton 1:1
Qol
: Harrison, 29 – Uord-Prauz, 49.

Çelsi – Brentford 1:4
Qol
: Rüdiger, 48 – Caneltt, 50; 60. Eriksen, 54. Vissa, 87.

Mançester Yunayted – Lester 1:1
Qol
: Fred, 66 – İheanaço, 63.

3 aprel

Vest Hem – Everton 2:1
Qol
: Kressuel, 32. Bouen, 58 – Holqeyt, 53.

Tottenhem – Nyukasl 5:1
Qol
: B.Deyvis, 43. Doherti, 48. Son, 54. Emerson, 63. Berqveyn, 83 – Şar, 39.

4 aprel

Kristal Pelas – Arsenal 3:0
Qol
: Mateta, 16. Ayyu, 24. Zaha, 74-pen.

Bombardir: Məhəmməd Salah (Liverpul) – 20 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button