“Liverpul” UEFA-dan narazıdır: Biletlərə görə

“Liverpul” Çempionlar Liqasının finalında “Tottenhem”lə qarşılaşacağı matç üçün UEFA-nın bilet bölüşdürməsindən narazıdır.

Komanda.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. UEFA, 67 min 829 nəfərlik tutumu olan “Vanda Metropolitano” stadionunda keçiriləcək final oyunu üçün “Liverpul”a 16 min 613 bilet ayırıb.

“Liverpul” klubunun icraçı direktoru Piter Murun növbəti həftə UEFA-nın prezidenti Aleksandr Çeferinlə görüşəcəyi və bu məsələni müzakirə edəcəyi bildirilir.

“Liverpul” – “Tottenhem” matçı iyunun 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button