“Qarabağ”ın rəqibi gözünü PSJ-nin futbolçusuna dikib

Məhəmməd Salah üçün alternativ axtaran “Liverpul” uyğun namizədi Parisdə tapıb.

Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, mersisaydlıların hücum xəttini gücləndirmək üçün ən real variant PSJ-nin vingeri Bredli Barkoladır.

Salah son günlər klub rəhbərliyi və baş məşqçi Arne Slotla arasında yaranan gərginliyə görə gündəmdədir. Onun Slotu hörmətsizlikdə günahlandırdığı iddia olunur.

23 yaşlı Barkola 2023-cü ildən PSJ-də çıxış edir. O, cari mövsümdə klub səviyyəsində 25 oyuna çıxaraq, 5 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Fransalı futbolçunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button