“Liverpul” “Real”ın müdafiəçisi ilə maraqlanır

“Liverpul” heyətini gücləndirmək üçün “Real”ın müdafiəçisi Din Heysenlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızılar” 20 yaşlı futbolçunu transfer etmək istəyir.

Madrid təmsilçisi isə ispaniyalı müdafiəçi ilə yollarını ayırmağa tələsmir. Çünki o, komandaya ötən yay qoşulub və klub onun gələcəyinə böyük ümid bəsləyir.

Heysen bu mövsüm “Real”ın heyətində bütün turnirlərdə 29 matça çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun “Real”la müqaviləsinin müddəti 2030-cu ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button