“Liverpul” Kamillə yeni müqavilə bağladı, icarəyə göndərdi

İngiltərənin “Liverpul” klubu gənc futbolçusu Kamil Qrabara ilə müqavilə müddətini artırıb.

Komanda.az xəbər verir ki, 20 yaşlı qapıçı ilə müddəti 2023-cü ilin yayında başa çatacaq yeni müqavilə imzalanıb.

“Liverpul” polşalı qapıçı ilə yeni anlaşmaya imza atandan sonra onu Premyer Liqanın digər təmsilçisi “Vulverhempton”a icarəyə verib. Bu barədə “qırmızılar”ın rəsmi saytı məlumat yayıb.

Qrabara 2019/20 mövsümünün sonunadək “Vulverhempton”da çıxış edəcək.

2016-cı ildə Polşanın “Rux” klubundan transfer olunan qolkiper, bu ilin yanvar ayından etibarən Danimarkanın “Orhus” komandasında icarədə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button