“Liverpul” o təklifi rədd etdi – “Bayern” nə edəcək?

“Bayern” Sadio Manenin transferi üçün “Liverpul”la danışıqları davam etdirir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı seneqallı hücumçu özü də Münhen klubuna transfer olmağa razıdır. Bununla belə, klublar hələ ki, transferin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.

Daha əvvəl münhenlilərin Mane üçün təxminən 27 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Lakin “Liverpul” bu təklifi rədd edib.

Mane ötən mövsüm “Liverpul”un heyətində 50 oyunda 23 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button