“Liverpul” niderlandlı futbolçunu transfer edir

“Liverpul” PSV-nin hücumçusu Kodi Qakponu transfer etməyə yaxındır.

Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, sözləşmənin məbləği 45 milyon avro olaraq dəyərləndirilir. Futbolçunun özü də İngiltərə klubu ilə 5 illik müqavilə imzalamağa hazırdır.

Öncədən oyunçunu transfer etmək uğrunda İngiltərənin digər klubu – “Mançester Yunayted”in də mübarizə apardığı bildirilirdi.

Qakpo Niderland millisinin heyətində DÇ-2022-də 5 oyuna çıxıb və 3 qol vurub.

O, bu mövsüm PSV-nin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button