Klopp müdafiədəki problemi onunla həll etmək istəyir

“Liverpul” klubunun yeni transfer hədəfi müəyyənləşib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd klubu “Vest Hem”dən İssa Diopu heyətinə qatmaq niyyətindədir. Baş məşqçi Yurgen Klopp müdafiədə olan problemi 24 yaşlı futbolçuyla həll edəcəyinə inanır. “Liverpul”un fransalı futbolçunu icarəyə götürməyi planlaşdırdığı bildirilir. Müqavilədə transfer hüquqlarını almaq bəndi də olacaq. “Qırmızılar” birdəfəlik transfer üçün qarşı tərəfə 20 milyon avro ödəməlidir.

Fransalı futbolçunun “Vest Hem”lə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button