“Liverpul” Fekiri niyə transfer etməyib?

İspaniyanın “Betis” klubunun futbolçusu Nabil Fekir açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 2018-ci ilin yayında “Liverpul”a keçməyə hazırlaşan futbolçu, bu transferin alınmamasının səbəbləri haqqında danışıb:

“Həqiqəti bilmək istəyirsizsə, mən özüm də nə baş verdiyini anlamadım. Sizi buna əmin edə bilərəm. Artıq “Liverpul” üçün tibbi müayinədən də keçmişdim. Bundan sonra “Liverpul” mənimlə müqavilə imzalamamaq qərarına gəldi. Bir anda məndən bunun dizimdəki hansısa problemlə bağlı olduğunu fikirləşməyimi istədilər. Amma onlar sadəcə bir səbəb tapmaq istəyirdilər. Belə olan halda “Liverpul”a transferim baş tutmadı”.

Fransa millisinin üzvü bu yay “Lion”dan “Betis”ə transfer olunub.