“Liverpul” “Mançester Siti”nin rekorduna şərik oldu

“Liverpul” İngiltərə Premyer Liqasında “Vest Hem”i 3:2 hesabıyla məğlub edərək, ardıcıl 18-ci qələbəsini qazanıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi Premyer Liqada ardıcıl qələbə sayında “Mançester Siti”nin rekorduna şərik olub. “Şəhərlilər” 2017-ci ildə ardıcıl 18 qələbə qazanmışdı.

“Liverpul” bu mövsüm Premyer Liqada “Mançester Yunayted”lə oyunda xal itirib. 2019-cu ilin 20 oktyabrına təsadüf edən görüşdə qollu bərabərlik qeydə alınmışdı – 1:1.

“Liverpul” hazırda Premyer Liqada 79 xalla liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button