Klopp “Liverpul”un oyununu “notbuk”dan izləyəcək

“Liverpul” İngiltərə Federasiya kubokunun 1/16 final mərhələsinin təkrar oyunları çərçivəsində “Şrusberi Taun”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, komandalar arasındakı ilk oyun 2:2 hesablı heç-heçəylə bitdiyi üçün təkrar görüş keçiriləcək. “Liverpul”un baş məşqçisi Yurgen Klopp “Şrusberi Taun”la matçda iştirak etməyəcək. Bu barədə “goal.com” saytı məlumat yayıb.

“Liverpul”un əsasən gənclərdən ibarət bir heyətlə çıxacağı matçda komandaya U-23-ün məşqçisi Nil Kritçli rəhbərlik edəcək. Kloppun “Şrusberi Taun”la matçı “notbuk”dan izləyəcəyi bildirilir.

Bu gün keçiriləcək “Liverpul” – “Şrusberi Taun” matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button