“Liverpul” evdə çox güclüdür” – Spaletti

“Napoli”nin baş məşqçisi Luçano Spaletti UEFA Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”a qarşı keçirəcəkləri oyun haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “Liverpul”un evdə çox güclü olduğunu deyib:

“Növbəti oyunda çox şey ola bilər. Çünki “Liverpul” evdə çox güclüdür. Onların oyununu çətinləşdirmək üçün hücuma keçməli və topa sahib olmalıyıq. Onlara əlavə vaxt versək, “Liverpul” özünü rahat hiss edəcək və biz bunu istəmirik. Pley-offa çıxmaq əla olacaq”.

“Napoli” – “Liverpul” matçı noyabrın 1-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button