“Liverpul” burda oynayırsa, heç vaxt dayanmaz” – Klopp

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Barselona”ya 4:0 hesabı ilə qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, komandasının fantastik olduğunu deyib:

“Futbolda hər şey yaşana bilər. Fantastik komandanız, möhtəşəm azarkeşləriniz, atmosferiniz varsa, belə möcüzələr yarada bilərsiz. “Enfild Roud”da başqa bir şey var. Bunu rəqiblərimiz də daxil olmaqla, hər kəs bilir. “Liverpul” burda oynayırsa, heç vaxt dayanmaz. Komanda qalib gəlmək üçün hər şeyi meydanda qoyar.

Oyundan əvvəl futbolçularıma reallıqları dedim. “Mümkünsüzdür, amma bizim bir şansımız var” dedim. Bu günədək futbolda çox şey yaşamışam. Dünyanın ən yaxşı komandasına qalib gəlmək çətindir. Bu şəkildə qalib gəlmək isə mümkünsüzə yaxındır. Bütün bunları futbolçularım bacardı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button