Cenk Tosundan “Tottenhem”ə 90+8 şoku

İngiltərə Premyer Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. Açılış matçında “Bornmut” “Mançester Yunayted”lə üz-üzə gəlib. “Qırmızı şeytanlar” bu görüşdə minimal hesabla uduzublar. Lider “Liverpul” səfərdə “Aston Villa”nın qonağı olub və əzmkar qələbəyə sevinib.

“Mançester Siti” “Sauthempton”u, “Çelsi” isə “Uotford”u sınağa çəkib. Mançesterlilər doğma meydanda, londonlular isə səfərdə çətin qələbə qazanıblar.

“Arsenal” isə “Vulverhempton”la ev oyununda heç-heçəyə razılaşıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. “Lester Siti” səfərdə “Kristal Pelas” üzərində inamlı qələbəyə sevinib. “Tottenhem” isə “Everton” səfərində qələbəni 90+8-ci dəqiqədə əldən verib. Meydan sahiblərinin yeganə qolunu isə Türkiyə millisinin forvardı Cenk Tosun vurub.

İngiltərə Premyer Liqası, 11-ci tur

2 noyabr

Bornmut – Mançester Yunayted 1:0
Qol
: Kinq, 45.

Arsenal – Vulverhempton 1:1
Qol
: Obameyanq, 21 – R.Ximenes, 76.

Aston Villa – Liverpul 1:2
Qol
: Trezeqe, 21 – Robertson, 87. Mane, 90+4.

Brayton – Norviç 2:0
Qol
: Trossard, 68. Daffi, 84.

Mançester Siti – Sauthempton 2:1
Qol
: Aquero, 70. Uolker, 86 – Uord-Prouz, 13.

Şeffild Yunayted – Bernli 3:0
Qol
: Lundstram, 17; 43. Flek, 44.

Vest Hem – Nyukasl 2:3
Qol
: Balbuena, 73. Snodqrass, 90 – Klark, 16. Fernandes, 22. Şelvi, 51.

Uotford – Çelsi 1:2
Qol
: Deulofeu, 79 – Abraham, 5. Pulişiç, 55.

3 noyabr

Kristal Pelas – Lester 0:2
Qol
: Ç.Söyüncü, 57. Vardi, 88.

Everton – Tottenhem 1:1
Qol
: C.Tosun, 90+8 – D.Alli, 63.

Bombardir: Ceymi Vardi (Lester) – 10 qol.