Danimarka millisinin üzvü Fransa klubunda

Fransanın “Nitsa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi “Latsio”dan Rıza Durmisini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

25 yaşlı sol cinah müdafiəçisi tibbi müayinədən keçdikdən sonra “Nitsa” ilə müqavilə imzalayacaq. Danimarka millisinin də üzvü olan futbolçu icarə əsasında Fransa klubuna keçəcək. “Nitsa” mövsümün sonunda Durmisinin transfer hüquqlarına sahib ola bilər.