
“Lill” səfərdə inamlı qələbəyə sevindi
Fransa Liqa 1-də 31-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, son gündə 5 oyun baş tutub.
“Monpelye” – “Reyms” və “Nant” – “Tuluza” oyunlarında qapılara qol vurulmayıb. “Anje” evdə “Lill”ə, “Lans” “Oser”ə məğlub olub. Marsel “Olimpik”i də “Brest”ə böyük hesabla qalib gəlib.
Hazırda 78 xalı olan PSJ vahid liderdir. Marsel “Olimpik”i 58, “Lill” 56, “Monako” 55, Lion “Olimpik”i, “Nitsa” və “Strasburq” 54 xal toplayıblar.
Fransa Liqa 1
31-ci tur
25 aprel
PSJ – Nitsa 1:3
Qollar: F.Ruis, 41 – Sanson, 34; 46. Ndayişimiye, 70.
26 aprel
Strasburq – Sent Etyen 3:1
Qollar: Moreyra, 7. Emeqa, 63. Bakva, 83 – Davitaşvili, 19.
Havr – Monako 1:1
Qollar: Koka, 22 – Bieret, 61.
Olimpik (Lion) – Renn 4:1
Qollar: Fofana, 8. Tolisso, 25. Lakazette, 39. Mikautadze, 77 – Meyte, 50.
27 aprel
Anje – Lill 0:2
Qollar: Alexsandro, 45+1. Haraldsson, 50.
Lans – Oser 0:4
Qollar: Onaivu, 33; 44. Perrin, 40. Hoever, 73.
Monpelye – Reyms 0:0
Nant – Tuluza 0:0
Olimpik (Marsel) – Brest 4:1
Qollar: Quiri, 8; 45; 63. Qrinvud, 37 – Sima, 25.
Bizi Facebook-da izləyin



