Liderdən növbəti qələbə, “Neftçi”dən məğlubiyyət

Futzal üzrə Yüksək Liqada 19-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bununla da üçüncü dövrəyə start verilib. “Olimpik Star”da ilk duel “Araz”la “Baku Fire” arasında baş tutub. Son çempion növbəti qələbəsini qazanmaqla itkisiz irəliləməkdə davam edir.

Turun mərkəzi oyununda isə “Marafon” “Neftçi”ni darmadağın edib.

“Bakı” TFK qələbəsiz oyunlar seriyasına “Yasamal” İSk ilə matçda son qoyub. “Record club” “Xızı Futzal”la görüşdə heç-heçəyə razılaşıb.

“Premier” (Quba) – EKOL oyunu isə Quba təmsilçisinin təyin olunan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb.

Yüksək Liqa, 19-cu tur

9 mart

Araz – Baku Fire 12:1
Qol
: Ramiz Çovdarov, 07:52; 22:22; 23:33. Xətai Bağırov, 08:11; 11:15; 17:41; 23:00; 24:04; 31:07; 31:28. Mehrdad Qəmbərzadə, 10:38. Hadi Əhmədi, 29:05 – Hüseyn Qarayev, 37:49.
Hakimlər: Hikmət Qafarlı, Ziya Nəsirov, Ramiz Məhərrəmov.

Marafon – Neftçi İK 8:0
Qol
: Vitali Borisov, 03:08; 06:58. Tofiq Mikayılov, 06:25. Sərxan Məstiyev, 16:59; 26:03; 37:08. İlkin Hacıyev, 33:55. Elşən İbrahimxəlilov, 38:08.
Hakimlər: Kənan Məlikov, Ceyhun Hüseynov, Anar Fərəcov.

Bakı TFK – Yasamal İSK 9:4
Qol
: Vüsal Buludov, 04:53; 27:16. İlham Allahverdiyev, 10:05; 29:20; 30:01. Məhəmməd Bədəlbəyli, 16:02; 16:58; 33:44; 38:19 – Kamal Həsənpur, 19:38; 25:15. Davud Bagheri, 24:14. Pərviz Əliyev, 31:09.
Hakimlər: Nail Nağıyev, Elmir Quluzadə, Əli Cəbrayılov.

Xızı Futzal – Record club 1:1
Qol
: Elnur Soltanlı, 35:25 – Matin Gahramani, 22:53.
Hakimlər: Mehman Mahmudov, Mahir Məmmədov, Rahin Heybətov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button