Lider qalib gəldi, “Neftçi” uduzdu

Bu gün futzal üzrə Yüksək Liqada 6-cı turun oyunları keçirilib. Bununla da liqada 2-ci dövrəyə start verilib.

Komanda.az xəbər verir ki, turun bütün oyunları Bakı İdman Sarayında keçirilib.

Əvvəlcə “Neftçi” İK ilə “Baku Fire” üz-üzə gəlib. Bu komandalar arasında baş tutmuş mövsümün açılış matçı qolsuz heç-heçə ilə başa çatmışdı. Bu qarşılaşmada isə “Baku Fire” “Neftçi”yə qalib gəlməyi bacarıb.

Lider “Araz Naxçıvan” “Alyans”la gücünü sınayıb. Son çempionun Lənkəran təmsilçisi ilə dueldə büdrəyəcəyi inandırıcı görünmürdü. Belə də olub. Çempion bu oyunda 3 xalı 11 qolla qazanıb.

“Record” isə yeni formalaşan və Avropa çempionatında ölkəmizi təmsil edəcək U-19-la oyundan darmadağınla ayrılıb.

Yüksək Liqa, 6-cı tur
10 noyabr

Neftçi İK – Baku Fire 1:2
Qol
: Kənan Manafov, 33:58 – Tofiq Əliyev, 14:36. Sorouş Heydari, 18:42.
Hakimlər: Rza Məmmədov, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Mehman Mahmudov.
Bakı İdman Sarayı. Saat 14:15.

Alyans (Lənkəran) – Araz Naxçıvan 1:11
Qol
: Cəlal Axundov, 21:20 – Viktor Ponce, 7:46; 36:30. Xəzər Ağalızadə, 14:47. Oktay Rüstəmli, 14:59; 32:06; 32:59. Vitao, 15:56; 38:43; 39:21. Xəyal Xələfli, 18:58-öz qapısına. Andreu, 29:09.
Hakimlər: Hacıəli Ağayev, Şakir Quliyev, Elgün Hüseynov.
Hakim-inspektor: Azad Hüseynov.
Bakı İdman Sarayı. Saat 16:15.

Record – U-19 9:1
Qol
: Rüfət Məmmədli, 2:11-öz qapısına. Matin Qahramani, 8:29; 17:21. Rəsul İbrahimov, 11:50. Elmir Xəlilov, 18:55. Çinedu Stephen Auam-Aqa, 25:04. Mojtaba Vali, 26:23. Seyidreza Hosseini Hotkani, 37:35. Onur Əlizadə, 39:29 – Kənan Rövşani, 38:45.
Hakimlər: Ziya Nəsirov, Anar Fərəcov, Mahir Məmmədov.
Hakim-inspektor: Əfqan Həmzəyev.
Bakı İdman Sarayı. Saat 18:15.

Xal: Araz Naxçıvan – 15, Baku Fire – 13, Neftçi – 10, Record – 9, Alyans – 3, U-19 – 0.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button